Eto`o Misir klubuna keçəcək?
Misirin "Smouha" klubunun prezidenti Faraq Amer "Antalyaspor"un forvardı Samuel Eto`onun keçdini həll etmək üzrə olduqlarını açıqlayıb. Goal.az Türkiyə mediasına istinadən xəbər verir ki, Amer kamerunlu hücumçuyla 1.5 il müddətinə anlaşma əldə edilməsinə baxmayaq, onun agenti tərəfindən əlavə tələblərin irəli sürüldüyünü bildirib.
"Qarşıdakı günlərdə Eto`o Misirə gəlməli idi. Onunla 1.5 illik müqaviləni razılaşdırmışdıq. Amma onun meneceri "zədə sığortası" və əlavə komisyon haqqı istədi. Bunları həll etməyə çalışırıq".
35 yaşlı futbolçu zədə səbəbindən, hələ ki, "Antalyaspor"a kömək edə bilmir. Klubun rəhbəri Gültekin Gençer də futbolçuya görə çoxsaylı təkliflər aldıqlarını etiraf etmişdi.