Valdes Belçika çempionatına yollana bilər
Viktor Valdesin "Manchester United" kabusu başa çata bilər. İspaniyalı qolkiperlə "Standart Liege" klubu maraqlanır. Goal.az xəbər verir ki, Lui van Qaal daha öncə Meksika və Türkiyədən gələn təklifləri rədd edən 33 yaşlı qolkiperi qeyri-ingilis klubuna göndərmək istəyir. Bu baxımdan "Standart" variantı göydəndüşmədir. Valdes "qırmızı şeytanlar"la müqaviləsinin başa çatacağı mövsümü nsonuna kimi Bleçika klubunda icarəyə getmək istəyir. Amma klublar Valdesin məvacibi məsələsində hələlik razılığa gələ bilməyib.