23/01/2016
01:06
5262
| A A A
"Barca"nın 80 milyon avroluq təklifi rədd edilib
Ötən yay 40 milyon avro qarşılığında "Palermo"dan "Juventus"a keçən Paulo Dibala ispan qrandları "Real" və "Barcelona"nın diqqətini cəlb edib. Goal.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin klubunun prezidenti Beppe Marotta dekabr ayında katalonların 80 milyon avroluq təklifini geri çevirib. Bundan sonra 22 yaşlı futbolçuya görə daha bir təklif göndərən "Barca" yenidən rədd cavabı alıb. Argentinalı futbolçu katalon klubuna keçsəydi, "Barcelona"nın ən bahalı transferlərindən biri olacaqdı. 2013-cü ildə Neymar 83.4 milyon avroya "Santos"dan transfer edilmişdi. Luis Suarezin transfer qiyməti isə 95 milyon avro təşkil etmişdi.
GÜNÜN ƏN ÇOX OXUNANLARI