23/01/2016
20:20
5576
| A A A
Premyer Liqa klubudan Burak Yılmaz üçün təklif
Türkiyə futboluna yaxşı bələd olan Slaven Biliçin çalışdırdığı "West Ham United " Burak Yılmaz üçün yeni təklif göndərib. Goal.az xəbər verir ki, "çəkicdöyənlər" türk hücumçuya görə "Galatasaray"a 7 milyon avro təklif edib. Bunun 6 milyonu birdəfəlik "Cim bom"un hesabına köçürüləcək. Qalan 1 milyon isə "West Ham"in Avrokuboklara çıxacağı təqdirdə qarşı tərəfə ödəniləcək. Bu məsələdə son qərarı Burak özü verəcək. İstanbul klubunun qol silahı getmək fikrinə düşsə, "Galatasaray" ingilislərlə masa arxasına oturacaq.
GÜNÜN ƏN ÇOX OXUNANLARI