25/01/2016
20:10
4772
| A A A
"Leicester City" italiyalı hücumçu ilə maraqlanır
"Leicester City" "Sampdoria"nın formasını geyən Eder Martinslə maraqlanır. Goal.az xəbər verir ki, 29 yaşlı futbolçunu "İnter" də izləyir. İngilis klubu hücumçuya görə 10.5 milyon avro təklif edir. Ederin özünə 3 illik müqavilə və 2.2 milyon avro məvacib təklif olunub. "Sampdoria"nın ona qoyduğu qiymət isə 15 milyon avrodur.
İtaliya millisinə də cəlb olunan Eder cari mövsümdə A Seriyasında 12 dəfə fərqlənib.
GÜNÜN ƏN ÇOX OXUNANLARI