"İnter"dən argentinalı futbolçuya növbəti təklif
PSG-nin hücumçusu Ezekie Lavezzi "İnter"in transfer hədəfi qalmaqda davam edir. Milan klubu mövsümün sonunda azad agent olacaq argentinalının müqaviləsini başa vurmasını da gözləmək istəmir.
Goal.az xəbər verir ki, "nerazzuri" Lavezziyə 3 illik müqavilə və hər ik 3.5 milyon avro məvacib təklif edir. Bundan başqa klub Lavezzinin adından kommersiya məqsədilə istifadəyə görə ona bonuslar ödəməyi də öhdəsinə götürüb. "İnter" Çempionlar Liqasına vəsiqə qazansa, Paris klubuna əlavə vəsait də ödəyəcək. Argentinalı futbolçu "Chelsea" və "Juventus"un da maraq dairəsinə daxildir.