Ramires Şərqi Asiyada oynamağa razıdır
"Chelsea"nin braziliyalı oyunçusu Ramires London klubunda oyun praktikasının azlığından narazıdır. Onun qış transfer pənəcərəsi bağlanana kimi "zadəganlar"ı tərk etməsi istisna olunmur. Goal.az xəbər verir ki, 28 yaşlı futbolçu Çin klubları ilə danışıqlar aparır. Güman edilir ki, söhbət "Jiangsu Sainty" və "Shanghai Shenhua"dan gedir. Şanxay klubu Premyer Liqadan daha bir futbolçunun transferini reallaşdırmağa çalışırdı. "Newcastle United" Şeyk İsmail Tioteni 8 milyon funta satmağa razı olsa da, kot-d`ivuralı futbolçu məvacib məsləsində "Shanghai" klubuyla razılığa gələ bilmədi.
Ramiresin "Chelsea" ilə müqaviləsi 2019-cu ildə başa çatacaq. Ötən mövsüm "Juventus" onu icarəyə götürmək istəsə də, Joze Mourinyo buna rədd cavabı vermişdi. Braziliyalı havbek 2010-cu ildən "Chelsea"nin şərəfini qoruyur.