Fransalı hücumçuya Premyer Liqadan təklif
"Newcastle United" fransalı Aleksandr Lakazetti ələ keçirmək üçün növbəti həmləsini edəcək. Goal.az "The Telegraph"a istinadən xəbər verir ki, "sağsağanlar" "Lyon"a 20 milyon avro təklif edəcək. Lakazettə təklif olunan müqavilə onu klubda ən ödənişli futbolçuya çevirə bilər. Hücumçu ilk öncə ingilis klubuna gəlmək barədə düşünməyib. Amma son zamanlar onda "Newcastle United"in təklifini nəzərdən keçirməyə maraq yaranıb.