26/01/2016
05:33
5138
| A A A
"Liverpool"un istəyi baş tutmadı
"Shakhtar" braziliyalı yarımmüdafiəçi Aleks Teyşeyranı "Liverpool"a satmaqdan imtina edib. Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızılar"ın 32-37 milyon avroluq təklifi Donetsk klubu tərəfindən geri çevrilib. Ukrayna təmsilçisi Teyşeyra üçün 50 milyon avro tələb edir. "Mersesaydlılar" isə maksimum 40 milyon avro ödəməyə hazırdır. "Sambaçı"nın özü də "Shakhtar" rəhbərliyindən onu klubdan buraxmağı xahiş edib.
GÜNÜN ƏN ÇOX OXUNANLARI