10/07/2016
10:30
11986
| A A A
UEFA Uels Futbol Assosasiyasına xəbərdarlıq edib

UEFA Uels Futbol Federasiyasına (FAW) xəbərdarlıq edib. Goal.az "BBC Sport"a istinadən xəbər verir ki, qurum Uels futbolçularının övladlarını meydana çıxarmasına görə federasiyanı hədəfə alıb. AVRO-2016-nın 1/8 final mərhələsində Şimali İrlandiya üzərindəki qələbədən (1:0) sonra Uelsin lideri Qaret Beyl öz qızı ilə meydana çıxmışdı. 1/4 final matçından sonra isə buna digər futbolçular da qoşulmuşdu. UEFA nümayəndəsi bu barədə deyib: "Nəzarət, etika və intizam komitəsi bu işə baxdı və Uels Futbol Assosasiyasına xəbərdarlıq etdi".