11/07/2016
01:32
28221
| A A A
Avropa Çempionatının qalibi müəyyənləşdi

Bu gün AÇ-2016-nın qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, həlledici görüşdə Portuqaliya ilə Fransa qitənin ən güclüsünü müəyyənləşdirib.

 

Sayca 15-ci qitə çempionatında Portuqaliya qələbə qazansa, ilk dəfə qızıl medalları əldə edəcəkdi.

Fransanın qalib gələcəyi təqdirdə isə “xoruzlar” rekorda şərik olacaqdılar. 

Oyun meydan sahiblərinin üstünlüyü ilə başlayıb. İlk hissədə yadda qalan hadisə Ronaldonun Dmitri Paye ilə mübarizədə zədələnərək meydanı erkən tərk etməsi olub.

İkinci hissədə də qapılara qol vurulmayıb. 

Oyuna əlavə olunmuş dəqiqələrdə Portuqaliya hesabda irəli keçib. Eder 109-cu dəqiqədə Portuqaliyanın qələbə qoluna imza atıb.

Bu Fransa və Portuqaliya millilərinin 25-ci qarşılaşmasında sevinən tərəf Portuqaliya oldu. Bu qələbə Portuqaliyanı tarixində ilk dəfə Avropa çempionu etdi.

 

Avropa çempionatı

Final

10 iyul

 

23:00. Portuqaliya - Fransa 1:0

Qol: Eder 109

Baş hakim: Mark Klattenburq

Sen-Deni. “Stad de Frans”

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2828 səs