11/07/2016
10:00
23288
| A A A
Portuqaliyalı futbolçuya SOCAR-ın mükafatı təqdim olunub

Portuqaliya milli komandasının yarımmüdafiəçisi Renatu Sanşeş 2016-cı il Avropa çempionatının ən yaxşı gənc futbolçusu sayılıb. Goal.az xəbər verir ki, Sanşeş SOCAR-ın təsis etdiyi müvafiq mükafata layiq görülüb.

O, Avropa çempionatlarının final oyunlarının ən gənc iştirakçısı olub. Fransa ilə həlledici qarşılaşmaya portuqaliyalı istedad 18 yaş 327 günündə ikən çıxıb. Əvvəlki nailiyyət Kriştianu Ronalduya (AVRO-2004, 19 yaş 150 gün) məxsus olub. Siyahıda 3-cü yeri isə keçmiş SSRİ yığmasının hücumçusu Anatoli Baydaçnı (AVRO-1972, 19 yaş 261 gün) tutur. Beləliklə, Santeş tarixdə Avropa çempionu titulunun ən gənc sahibinə çevrilib.

SOCAR mükafatı 1994-cü ilin yanvarın 1-dən sonra dünyaya gələnlərə şamil olunur və UEFA-nın texniki direktoru Yoan Lupeskunun rəhbərlik etdiyi texniki nəzarətçilər, eləcə də Aleks Ferqyuson və Alen Jiress tərəfindən seçilir.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3639 səs