11/07/2016
10:36
6136
| A A A
Deşam: "Avropa çempionu olmaq üçün gözəl imkanı əldən buraxdıq"

AVRO-2016 turnirin ev sahibləri Fransa millisi üçün dramatik sonluqla başa çatıb. Finalda Portuqaliya ilə qarşılaşan fransızlar əlavə vaxtda qapısından top buraxmaqla 3-cü dəfə qitənin ən güclüsü olmaq şansını əldən veriblər. Goal.az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Didye Deşam fikirlərini media ilə bölüşüb. Gənc mütəxəsis 2018 DÇ-a qədər postunda qalacağını qeyd edib.

"Heç bir sözüm yoxdur. Özümüzə gəlmək üçün vaxt lazımdır. Bu gün birlikdə məğlub olduq. Vətənimizdə keçirilən turnirdə qalib gəlməklə Fransa xalqını sevindirmək gözəl olardı. Təəssüf ki, istəyimiz alınmadı. Yarımfinalda yorulsaq da, bu, bəraət deyil. Fərqlənmək üçün bir neçə şansımız vardı. Sonuncusunu Jinyak boşa verdi. Bərabər oyun keçdi, xırdalıqlar öz sözünü dedi. Turniri bu cür başa vurmaq böyük üzüntüdür. Avropa çempionu olmaq üçün gözəl imkanı əldən buraxdıq".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
16981 səs