11/07/2016
10:50
31344
| A A A
Santuş: "Heç kim cəmi 1 oyunda qalib gəlməklə Avropa çempionu ola bilməz"

Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu olub. Ronaldonun zədə səbəbindən meydanı etdiyi final görüşündə komandası Fransanı əlavə vaxtda vurulan qol hesabına məğlub edib. Goal.az xəbər verir ki, portuqalların baş məşqçisi Fernandu Santuş qələbə təəssüratlarını bu cür bölüşüb:

"Həyat yoldaşımı, anamı, nəvəmi təbrik etmək istərdim. Mərhum atam, yəqin ki, gözəl bir yerdə pivə içir və bu uğurumuzu görür. Yunanıstana təşəkkürümü bildirirəm. Ronaldo mükəmməl futbolçudur. Zədələnsə də, meydanda qalmağa cəhd göstərdi. Paltardəyişmə otağında uşaqlara kömək etməyə çalışırdı. Bizim parlaq gələcəyimiz var. İndisə qələbəni qeyd etməyin vaxtıdır.

Heç kim əsas vaxt nəzərə alınmaqla cəmi 1 oyunda qalib gəlməklə Avropa çempionu ola bilməz. Finala qədər uzun yol qət etdik və bu qələbəyə layiqdik. Bizim istedadlı, usta futbolçularımız var. Təkrar edirdim ki, təşkilatlanmış, intizamlı, mübarizə qabiliyyətli komanda olmalıyıq".

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3636 səs