11/07/2016
11:14
20900
| A A A
Ronaldo: "Bu anı 2004-cü ildən gözləyirdim"

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo AVRO-2016-nın final görüşündən sonra fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, ulduz futbolçu bunları deyib:

"Bu anı 2004-cü ildən gözləyirdim. Hesab edirəm ki, bu qələbəni haqq edirdik. Bu, karyeramda ən fantastik məqamlardan biridir. Həmişə demişəm ki, ölkəmin uğur qazanmasını istəyirəm. Bu arzum həyata keçdi. Təəssüf ki, finalda meydanı erkən tərk etməli oldum. Amma komandanı tək qoymadım və qələbəyə inanmaqda davam etdim. Hiss etdim ki, matçın taleyini Eder həll edəcək. O, vurduğu qolla Portuqaliyaya çempionluq qazandırdı. Meydana girəndə Ederə nə dediyimi özü bilir. Dedim ki, sən qol vuracaqsan, mən də bunun üçün dua edəcəm”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
16981 səs