11/07/2016
13:33
15036
| A A A
AVRO-2016-dan ən çox Portuqaliya qazanacaq

AVRO-2016-nın iştirakçıları üçün UEFA tərəfindən ayrılan pul mükafatları açıqlanıb.

Goal.az xəbər verir ki, turniri qalib kimi başa vuran Portuqaliya yerli futbol federasiyasına 25.5 milyon avro qazandıracaq. Finalda portuqallara uduzan Fransa 23.5 milyon alacaq. Çempionatın qrup mərhələsinə vəsiqə qazanmış hər komandanın aktivinə 8 milyon avro köçürüləcək. Qrup mərhələsində hər qələbəyə 1 milyon, heç-heçəyə görə 500 min avro verilir. 1/8 finalın iştirakçılarına 1.5, 1/4 finalçılara 2.5, yarımfinal mərhələsinə vəsiqə qazanan komandalara isə 4 milyon avro ayrılıb.

Avropa çempionatında ən çox qazanan iştirakçılar:

1. Portuqaliya - 25.5

2. Fransa - 23.5

3. Almaniya - 18.5

4. Uels - 18

5. Polşa - 14.5

6. Belçika/İslandiya/İtaliya - 14 milyon

7. Xorvatiya - 12

8. Macarıstan/İngiltərə/İspaniya/İsveçrə - 11.5 milyon

9. Slovakiya/İrlandiya - 11 milyon

10. Şimali İrlandiya - 10.5

11. Türkiyə/Albaniya - 9

12. Rumıniya/İsveç/Rusiya/Çexiya/Avstriya - 8.5

13. Ukrayna - 8 milyon

Qeyd edək ki, AVRO-2016-nın büdcəsi 301 milyon avrodur. AVRO-2008-də bu məbləğ 184, AVRO-2012-də isə 196 milyon avro olmuşdu.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
16986 səs