11/07/2016
14:13
9032
| A A A
Nani: "Portuqaliya həmişə yaxşı komanda olub"

Portuqaliya millisinin yarımmüdafiəçisi Nani komandasının Avropa çempionu olmasında birliyin rolunu qeyd edib. Goal.az xəbər verir ki, təcrübəli futbolçu Fransa ilə görüşdən sonra açıqlamasında buna toxunub.

"Baş verənlərin reallıq olduğuna inana bilmirəm. İnanılmaz hisslər keçirirəm. Biz bu uğuru daha çox qeyd etməliyik. Səhər oyananda Avropa çempionluğunun nə olduğunu başa düşəcəyik. Birlikdə mübarizə apardıq, işlər yaxşı getməyəndə gücümüzə inandıq. Bizim komanda həmişə yaxşı olub. Sadəcə birlik çatışmırdı. Son 1 ayda bu amil möhkəmləndi. Hamı bir-birini dəstəklədi. Unudulmaz anlar yaşadıq".

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3636 səs