09/11/2016
10:52
2602
| A A A
AVRO-2016-nın ən yaxşı hakimi

İtaliyalı referi Nikola Rizzoli AVRO-2016 oyunları idarə edən ən yaxşı hakim seçilib. Goal.az xəbər verir ki, Culio Kampanati adına mükafatı Rizzoli İtaliya - Almaniya oyunundan öncə alacaq. Bu prinsipial yoldaşlıq görüşü noyabrın 15-də keçiriləcək. Son Avropa çempionatında Rizzoli 4 oyun idarə edib. O, həmçinin DÇ - 2014-də ən yaxşı hakim seçilmişdi.