19/01/2017
16:25
4442
| A A A
"AÇ-2020"-nin son loqotipi təqdim edildi

AÇ-2020-nin final mərhələsinin sonuncu loqotipi təqdim olunub.

Yarışa ev sahibliyi edəcək 13 şəhərdən biri olan Sankt-Peterburq təqdimat mərasimi keçirən sonuncu şəhər olub. Tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferin, Rusiyanın baş nazirinin müavini Vitali Mutko, şəhərin qubernatoru Georgi Poltavçenko və digər qonaqlar iştirak ediblər. Bütün loqolarda olduğu kimi Sankt-Peterbuqun rəmzində də körpü əks olunub.

Qeyd edək ki, Sankt-Peterburqla yanaşı, Bakı, Amsterdam, London, Buxarest, Budapeşt, Roma, Münhen, Brüssel, Qlazqo, Kopenhagen, Dublin və Bilbao da AÇ-2020-yə ev sahibliyi edəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34046 səs