04/04/2017
17:09
2937
| A A A
UEFA Avropa komandalarını eyni qrupda görmək istəmir

Avropa ölkələrinin milli komandaları futbol üzrə 2026-cı il dünya çempionatında müxtəlif qruplara bölünəcəklər. Goal.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin üzvü Frantişek Laurinets açıqlama verib.

O, Finlandiyanın paytaxtı Helsinkidəki iclasda DÇ-2026-nın formatını müzakirə etdiklərini bildirib: "Avropa yığmaları mundialda eyni qrupa düşə bilməzlər. Onlar 16 qrupa bərabər bölünəcəklər. Bu qərar FİFA Konqresində təsdiqlənməlidir. Artıq ali futbol qurumunun Şurası belə bölgüyə razılıq verib".

Qeyd edək ki, FİFA Konqresi mayın 11-də Bəhreynin paytaxtı Manamada keçiriləcək. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21476 səs