28/09/2017
13:46
4638
| A A A
AVRO-2020-nin püşkatması üçün yer və vaxt müəyyənləşib

2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi İrlandiyanın paytaxtı Dublində keçiriləcək. Goal.az xəbər verir ki, tədbir 2018-ci il dekabrın 2-də təşkil olunacaq. Dublinə yollanacaq 650 qonaq arasında iştirakçı ölkələrdən 300 nümayəndə yer alacaq. Habelə, 350 KİV nümayəndəsinin qatılacağı tədbir canlı yayımla dünyada 150 milyon nəfərlik auditoriyaya çatdırılacaq.

2020-ci il Avropa çempionatının oyunları Avropanın 13 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək. Yarımfinal və final matçlarını İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionu qəbul edəcək. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34046 səs