02/12/2018
15:56
4569
| A A A
Azərbaycan Xorvatiya ilə eyni qrupda - AVRO 2020
Bu gün Avro-2020-nin seçmə mərhələsinin püşkü atılıb.

Goal.az-ın xəbərinə görə, İrlandiyanın paytaxtı Dublində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Milli komandamız da bügünkü püşkatmada seçmə mərhələdəki rəqiblərini tanıyıb. Yığmamız  Xorvatiya, Uels, Slovakiya və  Macarıstanla E qrupunda yer alıb.


Püşkatmada UEFA-nın üzv olan 55 ölkənin yığma komandası 10 qrupa bölünəcək. Bu qruplardan beşində 5, beşində 6 komanda yer alacaq. Seçmə mərhələnin oyunlarından sonra hər qrupdan ilk iki yeri tutan komanda final mərhələsinə yüksələcək.



A qrupu

İngiltərə

Çexiya

Bolqarıstan

Monteneqro

Kosovo

B  qrupu

Portuqaliya

Ukrayna

Serbiya

Litva

Lüksemburq

C qrupu

Hollandiya

Almaniya

Şimali İrlandiya

Estoniya

Belarus

D qrupu

İsveçrə

Danimarka

İrlandiya

Gürcüstan

Cəbəllütariq

E qrupu

Xorvatiya

Uels

Slovakiya

Macarıstan

Azərbaycan
F qrupu

İspaniya

İsveç

Norveç

Rumıniya

Farer adaları

Malta
G qrupu

Polşa

Avstriya

İsrail

Sloveniya

Makedoniya

Latviya

 
H qrupu

Fransa

İslandiya

Türkiyə

Albaniya

Moldova 

Andorra


İ qrupu

Belçika

Rusiya

Şotlandiya

Kipr

Qazaxıstan

San Marino


J qrupu

İtaliya

Bosniya və Herseqovina

Finlandiya

Yunanıstan

Ermənistan 

Lixtenşteyn

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2019-cu ilin mart - noyabr aralığında keçiriləcək.



Xatırladaq ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.