Bu gün AVRO-2020-nin seçmə mərhələsində I tura yekun vurulacaq.
Goal.az xəbər verir ki, daha 3 qrupda mübarizəyə start veriləcək.
Belə ki, D, F və J qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.
D qrupunun əsas favoritlərindən sayılan İsveçrə Gürcüstanın qonağı olacaq.
F qrupunda İspaniya Norveçi sınağa çəkəcək. Rumıniya isə İsveçdə yerli komanda ilə üz-üzə gələcək.
J qrupunda həm favorit İtaliya, həm də onun əsas rəqibləri sayılan Bosniya və Herseqovina ilə Yunanıstan autsayderlərlə qarşılaşacaq.
AVRO-2020-nin seçmə mərhələsi
23 mart
D qrupu
18:00. Gürcüstan - İsveçrə
21:00. Cəbəllütariq - İrlandiya
F qrupu
21:00. İsveç - Rumıniya
23:45. İspaniya - Norveç
21:00. Malta - Farer adaları
J qrupu
23:45. İtaliya - Finlandiya
23:45. Lixtenşteyn - Yunanıstan
23:45. Bosniya və Herseqovina - Ermənistan