25/03/2019
13:35
1984
| A A A
AÇ-2020-nin talismanı bəlli oldu

2020-ci ildə keçiriləcək Avropa çempionatının talismanı məlum olub.

Goal.az xəbər verir ki, turnirin talismanının adı “Skillzy”dir. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. “Skillzy” ingilis dilindən tərcümədə “vərdişlər” (“skills”) deməkdir.

Yeni talismanın sərbəst futbol oyunçularının (“Freestyler”) keyfiyyətlərini özündə birləşdirdiyi bildirilir.

Talismanın təqdimatına məşhur fristaylerlər – Liv Kuk və Tobias Beks dəvət olunub. Onlar AÇ-2020-nin seçmə mərhələsinin 2-ci turu çərçivəsində keçirilən Hollandiya – Almaniya oyunundan (2:3) əvvəl baş tutan rəsmi təqdimat zamanı “Skillzy”lə birgə topla oynamaq məharətlərini nümayiş etdiriblər.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16584 səs