29/10/2019
12:17
1490
| A A A
Avropa çempionatının formatı dəyişdirildi

UEFA 19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının formatında dəyişiklik edib.

Goal.az xəbər verir ki, yarış Millətlər Liqası sistemi ilə keçiriləcək. 2021/22 və 2022/23 mövsümlərini 2020-22 və 2021-23 illəri əvəz edəcək. Yarış 8 komandalı final mərhələsi ilə başa çatacaq. 2022-ci ildə final mərhələsinə Slovakiya ev sahibliyi edəcək. 2020-22 mövsümündə 2003-cü il yanvarın 1-dən sonra anadan olanlar, 2021-23 mövsümündə isə 1 yaş kiçiklər mübarizə aparacaqlar.

UEFA İcraiyyə Komitəsinin təsdiqlədiyi yeni format özünü doğrultsa, 2023-cü ildən U-17-lərin də yarışları bu sistemlə təşkil olunacaq.

Komandalar A, B və C liqalarında oynayacaqlar. A liqasında 4 komandadan ibarət 5 qrup, B liqasında 4 komandalı 4 qrup olacaq. Avropanın ən zəif 19 millisi isə C liqasında 4 və 3 komandalı qruplarda çıxış edəcək. Azərbaycan millisi də 1-ci mərhələdə bu liqada qüvvəsini sınayacaq.

1-ci raundun püşkü bu il dekabrın 3-də, oyunları isə gələn il noyabrın 17-də başlayacaq. 2-ci mərhələnin 2020-ci ilin dekabrında püşkü atılacaq, oyunları isə 2021-ci il 8 iyunda başlayacaq. 3-cü mərhələnin püşkü 2021-ci ilin yayında, oyunları isə avqustun 30-dan sentyabrın 7-dək və ya oktyabrın 4-12-də, 8-16-da keçiriləcək. Sonuncu – 4-cü mərhələnin püşkatması 2021-ci ilin dekabrında təşkil olunacaq, qarşılaşmaları isə 2022-ci ilin martında oynanılacaq. Hər mərhələdən sonra komandalar liqalarını dəyişəcək, ən yaxşılar daha yüksək, zəiflər aşağı dəstəyə düşəcək.

Azərbaycan millisi final mərhələsinə yüksəlmək üçün ilk mərhələdə C liqasından B liqasına, növbəti iki raundda isə A-ya yüksəlməlidir. Çünki final mərhələsinə 7 vəsiqə yalnız A liqasında keçiriləcək 4-cü mərhələdə sahiblərini tapacaq.

19 yaşadək futbolçulardan ibarət Avropa çempionatının final mərhələsi 2022-ci ilin iyulunda keçiriləcək. (komanda.az)

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
503 səs