29/10/2019
12:10
2438
| A A A
UEFA-nın rəsmi saytı Bakı haqqında məlumat paylaşdı - VİDEO

Xəbər verdiyimiz kimi, futbol üzrə 2020-ci il Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində təşkil olunacaq.

UEFA-nın turnirin final mərhələsinin oyunlarına ev sahibliyi edəcək 12 şəhərlə bağlı hazırladığı tanıtım xarakterli  videoda Azərbaycan paytaxtı Bakı barədə də məlumatlar öz əksini tapıb. Bakının dəniz səviyyəsindən ən aşağı mövqedə (28 m) qərarlaşan paytaxt kimi qəbul olunduğu və ləqəbinin “Küləklər şəhəri” olduğu qeyd edilib: “Bakının sərvəti XIX əsrdən bəri buradan ixrac olunan neftdən qaynaqlanır. Şəhər çox müasir memarlıq nümunələri ilə doludur, ancaq buranın neft ticarətindən əvvəl necə olduğunu İçərişəhərə baş çəkməklə hiss edə bilərsiniz. Buradakı Qız Qalası və XV əsrə aid Şirvanşahlar Saray Kompleksi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bakı Olimpiya Stadionunda Chelsea-nin Arsenal-ı 4:1 hesabı ilə məğlub etdiyi 2019-cu il UEFA Avropa Liqasının final oyunu baş tutub. Azərbaycan millisinin evi sayılan arena Olimpiya Kəndinin bir hissəsidir. Hərçənd Bakı hələ Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyib”.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda iyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması baş tutacaq.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
502 səs