30/11/2019
12:46
2949
| A A A
Bu gün AVRO-2020-nin püşkü atılacaq

Bu gün AVRO-2020-nin püşkü atılacaq.

Goal.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq tədbir saat 21:00-da başlanacaq.

Turnirdə iştirak edən 24 komanda 4 səbətə bölünüb. AVRO-2020-yə seçmə mərhələdən çıxanlar səbətlərdən ilk üçündə, Millətlər Liqası vasitəsilə vəsiqə qazanacaq komandalar dördüncüsündə olacaq.

Final mərhələsinə çıxa bilən AVRO-2020-nin meydan sahibləri olan millilər öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşəcəklər.

Səbətlərin tərkibi:

1-ci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna

2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya

3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya

4-cü səbət: Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda (A,B,C və D liqalarının qalibi)

A qrupu: İtaliya (ev sahibi)

B qrupu: Rusiya (ev sahibi), Danimarka (ev sahibi), Belçika

C qrupu: Niderland, Ukrayna, A və ya D Liqasının qalibi

D qrupu: İngiltərə (ev sahibi), C Liqasının qalibi

E qrupu: İspaniya (ev sahibi), B Liqasının qalibi

F qrupu: Almaniya (ev sahibi), A və ya D Liqasının qalibi

Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya stadionunda keçiriləcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9130 səs