AVRO-2020-nin püşkü atılıb.
Goal.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan tədbirə saat 21:00-da start verilib.
Turnirdə iştirak edən 24 komanda 4 səbətə bölünüb. AVRO-2020-yə seçmə mərhələdən çıxanlar səbətlərdən ilk üçündə, Millətlər Liqası vasitəsilə vəsiqə qazanacaq komandalar dördüncüsündə olub.
Final mərhələsinə çıxa bilən AVRO-2020-nin meydan sahibləri olan millilər öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşüblər.
A qrupu: Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə
B qrupu: Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)
C qrupu: Niderland, Ukrayna, Avstriya, D Liqasının qalibi
D qrupu: İngiltərə (ev sahibi), Xorvatiya, C Liqasının qalibi, Çexiya
E qrupu: İspaniya (ev sahibi), İsveç, Polşa, B Liqasının qalibi
F qrupu: A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi)
Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.
İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya stadionunda keçiriləcək.