AVRO-2020 təxirə salındı - RƏSMİ
Bu yay keçirilməsi planlaşdırılan futbol üzrə Avropa çempionatı təxirə salınıb.
Goal.az xəbər verir ki, rəsmi qərar UEFA-nın quruma üzv olan 55 milli assosiasiya rəsmiləri ilə bugünkü videokonfransında elan olunub. UEFA-nın rəsmi saytı qərarı yaxın dəqiqələrdə elan edəcək.
Turnirin 2021-ci ilin 11 iyun - 11 iyul tarixlərində təşkil olunmasına qərar verilib.
Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyul tarixlərində Avropanın 12 şəhərində təşkil olunmalı idi. A qrupunun 3 oyununun və 1/4 final mərhələsinin 1 matçının Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulurdu.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR