02/04/2020
10:00
2809
| A A A
UEFA iki Avropa çempionatını ləğv etdi

17 yaşadək futbolçulardan və 19 yaşadək qadınlardan ibarət milli komandalar arasında uyğun olaraq may və iyul aylarında keçirilməli olan Avropa çempionatlarının final mərhələləri ləğv olunub.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin ötən gün keçirilən iclasında qəbul olunub.

Bundan başqa, 19 yaşadək futbolçulardan və 17 yaşadək qadınlardan ibarət yığmalar arasında may və iyul aylarına nəzərdə tutulan Avropa çempionatlarının final mərhələləri qeyri-müəyyən müddətədək təxirə salınıb.

Həmçinin, apreldə keçirilməsi nəzərdə tutulan futzal üzrə Çempionlar Liqasının final mərhələsi qeyri-müəyyən müddətə təxirə salınıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5629 səs