02/05/2020
13:26
2110
| A A A
Rusiya AVRO-2020 üçün zəmanət verdi

Rusiya hökuməti 2021-ci ildə Avropa çempionatının keçirilməsi üçün zəmanət verib.

Goal.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Oleq Matıtsin TASS-a bildirib.

O, lazım olan hər şeyin İdman Nazirliyi tərəfindən edildiyini, zəmanətlərin təsdiqləndiyini və UEFA-ya göndəriləcəyini vurğulayıb. Nazir ölkənin AVRO-2020-yə tam hazır olacağını söyləyib.

Daha əvvəl UEFA qitə çempionatını 2021-ci ilin 11 iyun - 11 iyulunda eyni təşkilatçı şəhərlər və oyun qrafiki ilə keçirmək niyyətində olduğunu açıqlayıb. AVRO-2020-də A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır. (Report)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8422 səs