31/03/2021
19:37
631
| A A A
AVRO-2020-də 5 əvəzetməyə icazə verildi

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatında 5 əvəzetməyə icazə veriləcək.

Goal.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi (İK) qərar çıxarıb.

Eyni zamanda 2021-ci ildə Millətlər Liqasının pley-off mərhələlərində və final mərhələsində də eyni sayda əvəzetmə tətbiq olunacaq.

İK 2024-cü ildən sonra avrokubokların formatı ilə bağlı qərarını aprelin 17-də açıqlayacaq.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13516 səs