22/06/2021
10:50
5191
| A A A
AVRO-2020: Bu gün növbəti oyunlar keçiriləcək

Avropa çempionatı davam edir.



Goal.az xəbər verir ki, bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha iki qarşılaşma baş tutacaq.

D qrupunun son turunda Çexiya – İngiltərə matçına böyük maraq var. Hər iki komanda əvvəlki iki turda 4 xal qazana bilib. Mümkün heç-heçə hər iki komandanı 1/8 finala daşıyacaq. Hansısa komandanın məğlub olması isə vəziyyəti çətinləşdirəcək.

Qrupun digər oyunu Xorvatiya və Şotlandiya yığmaları arasında baş tutacaq. Bu oyundan qalib ayrılacaq komanda da qrup ikincisi olmaq şansına malikdir. Lakin digər oyunda heç-heçə qeydə alınsa, bu görüşün qalibi ən yaxşı qrup üçüncüləri arasında yer almağı arzulayacaq.

AVRO-2020

D qrupu

23:00. Xorvatiya – Şotlandiya

Baş hakim: Fernando Rapallini (Argentina).

Qlazqo. “Hampden Park” stadionu.

23:00. Çexiya – İngiltərə

Baş hakim: Artur Dias (Portuqaliya).

London. “Uembli” stadionu.

Çexiya – 4, İngiltərə – 4, Xorvatiya – 1, Şotlandiya – 1.