01/07/2021
14:24
4992
| A A A
AVRO-2020: Bakıdakı son oyunun təyinatları açıqlandı

Avropa çempionatının 1/4 final mərhələsinin Bakıda keçiriləcək Çexiya - Danimarka oyunu üçün təyinatlar açıqlanıb.

Goal.az xəbər verir ki, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına həvalə edilib.

FIFA referisi Byorn Kuypersə Sander van Rökel və Ervin Tseynstra yan xətt hakimləri qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını rusiyalı Sergey Karasyov yerinə yetirəcək. VAR hakimi niderlandlı Pol van Bökeldir.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.

GÜNÜN ƏN ÇOX OXUNANLARI