02/07/2021
10:20
5878
| A A A
AVRO-2020: 1/4 final mərhələsinə start verilir

Bu gün AÇ-2020-nin 1/4 final mərhələsinin oyunlarına start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

1/8 final mərhələsində dünya çempionatının son qalibi Fransanı mübarizədən kənarlaşdıraraq, sürprizə imza atan İsveçrə yığması bu dəfə İspaniya millisi ilə qarşılaşacaq. Oyun Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.

Günün digər matçı Almaniyanın Münhen şəhərində baş tutacaq. Burada turnirin favoritlərindən olan Belçika və İtaliya milli komandaları üz-üzə gələcəklər.

1/4 final mərhələsinin digər görüşləri sabah keçiriləcək.

AÇ-2020

1/4 final

20:00. İsveçrə – İspaniya

Baş hakim: Mayk Oliver (İngiltərə)

Sankt-Peterburq. “Zenit” stadionu.

23:00. Belçika – İtaliya

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Münhen. “Alyans Arena”.

GÜNÜN ƏN ÇOX OXUNANLARI