03/07/2021
09:56
1746
| A A A
İsveçrə - İspaniya matçının ən yaxşısı bilindi

Avro-2020-nin 1/4 finalında keçirilən İsveçrə - İspaniya matçının (1:1, penaltilər seriyası - 1:3) ən yaxşı oyunçusu müəyyənləşib.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, İspaniya millisinin qapıçısı Unai Simondur.

24 yaşlı qolkiper penaltilər seriyasında iki seyv etməklə komandasının qələbə qazanmasında mühüm rol oynayıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI