03/07/2021
18:00
1851
| A A A
UEFA Bakı Olimpiya Stadionunu təltif etdi

Bakı Olimpiya Stadionu (BOS) UEFA-nın baş katibinin müavini Giorgio Marçetti tərəfindən təltif edilib.

Goal.az xəbər verir ki, BOS Avropa çempionatında A qrupunun 3 oyunu arasında müddətin azlığına və isti hava şəraitinə baxmayaraq arenanın ot örtüyünü ideal vəziyyətdə saxlanıldığı üçün mükafatlandırılıb.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında 1/4 final mərhələsinin matçı da gerçəkləşəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.