05/07/2021
23:16
2911
| A A A
İngiltərə – Danimarka matçının hakimləri açıqlandı

AÇ-2020-nin yarımfinal mərhələsi çərçivəsində iyulun 7-də keçiriləcək İngiltərə – Danimarka matçının hakimləri açıqlanıb.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Danni Makkeli olacaq. Ona yan xətt hakimləri Hessel Steeqstra və Yan de Vris kömək edəcəklər. Dördüncü hakim funksiyasını rumıniyalı Ovidiu Haçeqan yerinə yetirəcək.

İyulun 7-də keçiriləcək İngiltərə – Danimarka matçı saat 23:00-da start götürəcək.