07/07/2021
10:20
2747
| A A A
İtaliya - İspaniya oyununun ən yaxşısı seçildi

Avro-2020-nin yarımfinalında keçirilən İtaliya - İspaniya matçının (1:1, penaltilər seriyası - 4:2) ən yaxşı oyunçusunun adı açıqlanıb.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, İtaliya millisinin üzvü Federiko Kyezadır. Start heyətdə meydana daxil olan 23 yaşlı hücumçu 60-cı dəqiqədə matçda hesabı açıb. O, eyni zamanda penaltilər seriyasında da dəqiq zərbə ilə diqqət çəkib.

Qeyd edək ki, İtaliya finalda İngiltərə - Danimarka görüşünün qalibi ilə qarşılaşacaq.

GÜNÜN ƏN ÇOX OXUNANLARI