AVRO-2020: Bu gün növbəti finalçı bilinəcək
Bu gün AÇ-2020-də yarımfinal mərhələsinə yekun vurulacaq.
Goal.az xəbər verir ki, ikinci yarımfinal qarşılaşması İngiltərə və Danimarka yığmaları arasında baş tutacaq.
Londondakı “Uembli” stadionunda keçiriləcək qarşılaşmanı Niderland olan Danni Makkeli idarə edəcək.
Qeyd edək ki, digər yarımfinal görüşündə İtaliya millisi İspaniya üzərində qələbə (1:1, penaltilərlə 4:2) qazanıb və finaldakı rəqibini gözləyir.
AÇ-2020
Yarımfinal
23:00. İngiltərə - Danimarka
Baş hakim: Danni Makkeli (Niderland).
London. “Uembli” stadionu.