Keyn ən yaxşı seçildi
Avro-2020 ikinci yarımfinal mərhələsində keçirilən İngiltərə və Danimarka oyununun ən yaxşı futbolçusu məlum olub.
Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçın ən yaxşısı İngiltərə millisinin üzvü Harri Keyn seçilib. O, görüşün 114-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsini yerinə yetirib. Qapıçı Kasper Şmayxel ilk zərbəni dəf etsə də, Harri Keyn təkrar zərbə ilə komandasını hesabda irəli çıxarıb.
Oyun 2:1 hesabı ilə qalib gələn İngiltərə milli komandası Avropa çempionatları tarixində ilk dəfə finala yüksəlib.
Qeyd edək ki, komanda həlledici görüşdə İtaliya ilə qarşılaşacaq.