Bu gün AVRO-2020-nin qalibi müəyyənləşəcək
Bu gecə AVRO-2020-nin qalibi müəyyənləşəcək.
Goal.az xəbər verir ki, final matçında İtaliya və İngiltərə milliləri üz-üzə gələcək. Bakı vaxtı ilə 23:00-da başlayacaq matçı niderlandlı hakim Byörn Kuypers idarə edəcək.
İngiltərə tarixində ilk dəfə final görüşünə çıxacaqsa, italyanlar 4-cü finalında 2-ci kubokunu qazanmağa yaxındır.
Xatırladaq ki, AVRO-2020 Bakı da daxil olmaqla Avropanın 11 şəhərində keçirilib.
Avro-2020
Final
23:00. İtaliya – İngiltərə
Baş hakim: Byörn Kuypers (Niderland)
London. “Uembli” stadionu