12/07/2021
10:05
1778
| A A A
Bonuççi ən yaxşı seçildi

Avro-2020-nin finalında keçirilən İtaliya - İngiltərə matçının (1:1, penaltilər seriyası - 3:2) ən yaxşı oyunçusunun adı açıqlanıb.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, İtaliya millisinin üzvü Leonardo Bonuççidir.

34 yaşlı müdafiəçi sözügedən qarşılaşmada komandasının bərabərlik qolunun müəllifi olub, eyni zamanda penaltilər seriyasında 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.