AVRO-2020: Turnirin ən yaxşı gənc futbolçusu açıqlandı
AVRO-2020-nin ən yaxşı gənc futbolçusunun adına aydınlıq gəlib.
Goal.az xəbər verir ki, UEFA İspaniya yığmasının 18 yaşlı hücumçusu Pedrini turnirin ən yaxşı gənc oyunçusu elan edib.
Qeyd edək ki, Londondakı "Uembli" stadionunda baş tutan finalda İtaliya İngiltərəni oyunsonrası penaltilərlə (1:1, 3:2) yenərək Avropa çempionu olub.