22/03/2022
15:10
1975
| A A A
Böyük Britaniya və İrlandiya Avropa çempionatına ev sahibliyi edə bilər

Böyük Britaniya və İrlandiya 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına birlikdə ev sahibliyi edə bilər.

Goal.az xəbər verir ki, hələlik turniri qəbul etməyə yeganə namizəd yalnız bu iki ölkədir.

Başqa müraciət olmasa, UEFA aprelin 7-dəki iclasında qitə birinciliyinin sözügedən ölkələrdə təşkil olunacağını elan edəcək.

Qeyd edək ki, daha əvvəl Türkiyə, Yunanıstan, Bolqarıstan, Serbiya və Rumıniya Avropa çempionatını keçirmək istədiklərini ifadə ediblər. UEFA-ya müraciət üçün son tarix 23 martdır. (report)