02/05/2022
22:14
341
| A A A
Rusiya millisi Millətlər Liqasından kənarlaşdırıldı

Rusiyanın milli futbol yığması Millətlər Liqasının 2022/23 mövsümündə iştirak etməyəcək.

Goal.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Rusiya komandası B qrupunda İslandiya, İsrail və Albaniya komandaları ilə ikinci güclü divizionda çıxış etməli idi. Lakin komanda avtomatik olaraq dördlükdə sonuncu yeri tutacaq və Millətlər Liqasının növbəti mövsümündə üçüncü divizionundan çıxarılacaq.