24/07/2022
10:31
2774
| A A A
Avropa çempionatı: Yarımfinala vəsiqə qazanan komandalar bəlli olub

İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında yarımfinalçılar müəyyənləşib.

Goal.az xəbər verir ki, cütlərin tərkibi 1/4 final mərhələsinin yekununda bəlli olub.

Bu raundda İngiltərə İspaniyaya 2:1, Almaniya Avstriyaya 2:0, İsveç Belçikaya, Fransa isə Niderlanda 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, iyulun 26-da İngiltərə - İsveç, iyulun 27-də isə Almaniya - Fransa qarşılaşması keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının finalı iyulun 31-də Londondakı "Uembli" stadionunda olacaq. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI