04/03/2019
15:19
3205
| A A A
Xorvatiya millimizlə oyun üçün heyəti açıqladı

Xorvatiya millisinin Azərbaycan və Macarıstanla keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb.

Goal.az-ın məlumatına görə, baş məşqçi Zlatko Daliç qarşıdakı oyunlara 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 6 hücumçu dəvət edib.

Qapıçılar: Lovre Kaliniç (Aston Villa, İngiltərə), Dominik Livakoviç (Dinamo, Zaqreb), Simon Sluqa (Rieka)

Müdafiəçilər: Domaqoy Vida (Beşiktaş, Türkiyə), Deyan Lovren (Liverpool, İngiltərə), Tin Yedvay (Bayer Leverkuzen, Almaniya), Borna Barişiç (Rangers, Şotlandiya), Marin Leovats (Dinamo Zaqreb), Antonio Miliç (Anderlecht, Belçika), Duye Çaleta-Tsar (Marseille, Fransa)

Yarımmüdafiəçilər: Luka Modriç (Real Madrid, İspaniya), İvan Rakitiç (Barcelona, İspaniya), Mateo Kovaçiç (Chelsea, İngiltərə), Milan Badel (Lazio, İtaliya), Marselo Brozoviç (İnter, İtaliya), Marko Roq (Sevilla, İspaniya), Mario Paşaliç (Atalanta, İtaliya), Filip Bradariç (Cagliari, İtaliya)

Hücumçular: İvan Perişiç (İnter, İtaliya), Andrey Kramariç (Hoffenheim, Almaniya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Marko Pyatsa (Fiorentina, İtaliya), Nikola Vlaşiç (MOİK, Rusiya), Yosip Berkalo (Wolfsburg, Almaniya)

Qapıçı Yosip Posavets (Hayduk), müdafiəçilər - Karlo Bartolets (Norşelland), Marin Ponqraçiç (Salzburg, Avstriya) və hücumçu Bruno Petkoviç (Dinamo Zaqreb) isə ehtiyat oyunçu qismində nəzərdə tutulublar.

Qeyd edək ki, Azərbaycanla oyun martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda, Macarıstanla qarşılaşma isə martın 24-də Budapeştdəki "Groupama Arena"da keçiriləcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2984 səs