23/03/2019
20:03
2068
| A A A
İngiltərə millisində itki

İngiltərə millisinin futbolçusu Erik Dayer AÇ-2020-nin seçmə mərhələsində Monteneqro ilə oyunu buraxacaq.

Goal.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onun Çexiyaya qarşı matçda zədələnməsidir. 17-ci dəqiqədə məcburi əvəzlənən 25 yaşlı yarımmüdafiəçinin növbəti görüşə kimi hazır olmayacağı müəyyənləşib.

Qeyd edək ki, Monteneqro - İngiltərə qarşılaşması martın 25-i keçiriləcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16097 səs