11/06/2019
01:32
2418
| A A A
AVRO-2020-nin seçmə mərhələsində IV tura start verilib

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IV tura start verilib.

Goal.az-ın məlumatına görə, turun ilk oyun günündə 5 qrupda 12 görüşkeçirilib.

Gecənin sensasiyası A qrupunda qeydə alınıb. UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupdan qalib kimi çıxmağı bacaran Kosovo bu dəfə səfərdə Bolqarıstan üzərində əzmkar qələbəyə imza atıb - 3:2. Bernar Şallandın baş məşqçi olduğu komanda hazırda qrupda məğlubedilməzdir. Qrupun digər oyununda Çexiya Monteneqronu darmadağın edib - 3:0.

B qrupunda Ukrayna yığması bu dəfə gözlənilməz nəticələrə imza atan Lüksemburqa çətinliklə qalib gəlib - 1:0. Serbiya isə ötən tur Ukraynaya 0:5 hesablı məğlubiyyətin əvəzini Litvanı darmadağın etməklə çıxıb.

D qrupunda Danimarka Gürcüstanı darmadağın edib - 5:1. İrlandiya isə Cəbəllütariqi 2 cavabsız topla məğlubiyyətə uğradıb.

F qrupunda İspaniya ardıcıl dördüncü qələbəsini İsveç üzərində böyük hesabla qazanıb - 3:0. Rumıniya səfərdə Maltanı 4:0 hesabı ilə darmadağın edibsə, Farer adaları evdə Norveçə uduzub - 0:2.

G qrupundakı hər 3 oyunda darmadağın qeydə alınıb. Polşa evdə İsraili 4:0, Sloveniya səfərdə Latviyanı 5:0, Avstriya isə Makedoniyanı 4:1 hesabı ilə yenib.

AVRO-2020, IV tur

10 iyun

A qrupu

22:45. Çexiya - Monteneqro - 3:0

Qol: Yakub Yankto, 18. Boris Kopitoviç, 49 (öz qapısına). Patrik Şik, 82

22:45. Bolqarıstan - Kosovo - 2:3

Qollar: İvelin Popov, 43. Kristian Dimitrov, 55 - Milot Raşitsa, 14. Vedat Muriqi, 64. Elbasan Raşani, 90+3

Xal durumu: İngiltərə - 6 (2 oyuna), Çexiya - 6 (3), Kosovo – 5 (3), Monteneqro - 2 (4), Bolqarıstan – 2 (4).

B qrupu

22:45. Ukrayna - Lüksemburq - 1:0

Qol: Roman Yaremçuk, 6

22:45. Serbiya - Litva - 4:1

Qollar: Aleksandar Mitroviç, 20; 34. Luka Yoviç, 35. Adem Lyayiç, 90+2 - Arvidas Novikovas, 71 (penalti ilə)

Xal durumu: Ukrayna – 10 (4 oyuna), Lüksemburq – 4 (4), Serbiya - 4 (3), Portuqaliya – 2 (2), Litva – 1 (3)

D qrupu

22:45. İrlandiya - Cəbəllütariq - 2:0

Qollar: Roy Çipolina, 29 (öz qapısına). Robbi Bredi, 90+3

22:45. Danimarka - Gürcüstan - 5:1

Qollar: Kasper Dolberq, 14; 63. Kristian Eriksen, 30 (penalti ilə). Yussuf Poulsen, 73. Martin Braytveyt, 90+3 - Saba Lobjanidze, 25

Xal durumu: İrlandiya – 10 (4 oyuna), Danimarka - 5 (3), İsveçrə - 4 (2), Gürcüstan – 3 (4), Cəbəllütariq – 0 (3).

F qrupu

22:45. İspaniya - İsveç - 3:0

Qollar: Serxio Ramos, 64 (penalti ilə). Alvaro Morata, 85 (penalti ilə). Mikel Oyarsabal, 87

22:45. Malta - Rumıniya - 0:4

Qollar: George Puşkaş, 7; 29. Aleksandru Kipçu, 34. Dennis Man, 90+1

Qırmızı vərəqə: Aleksandru Kipçu, 81 (Rumıniya)

22:45. Farer adaları - Norveç - 0:2

Qollar: Byorn Yonsen, 49; 84

Xal durumu: İspaniya – 12, İsveç – 7, Rumıniya – 7, Norveç - 5, Malta - 3, Farer adaları - 0.

G qrupu

22:45. Polşa - İsrail - 4:0

Qollar: Kşiştof Pyontek, 35. Robert Levandovski, 56 (penalti ilə). Kamil Qrositski, 59. Damian Kondzyor, 84

22:45. Latviya - Sloveniya - 0:5

Qollar: Domen Çrniqoy, 24; 27. Yosip İliçiç, 29 (penalti ilə); 44. Mixa Zayts, 47

22:45. Makedoniya - Avstriya - 1:4

Qollar: Martin Hinteregger, 18 (öz qapısına) - Valentino Lazaro, 39. Marko Arnautoviç, 62 (penalti ilə); 82. Konrad Laymer, 86

Xal durumu: Polşa - 12, İsrail - 7, Avstriya - 6, Sloveniya - 5, Makedoniya - 4, Latviya - 0.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27867 səs